Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.
 
RePost.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.
 
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. K.Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb, maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.
 
K.Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.


Baxış sayı: 3770 | Tarix: 18.03.2022
Bizi Telegramda izləyin: @repostaz