Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
 
“Report”un məlumatına görə, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.
 
Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.
 
Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Baxış sayı: 3561 | Tarix: 25.03.2022
Bizi Telegramda izləyin: @repostaz