Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə şəxsin öldüyü bildirilib.
 
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib:
 
“Ölən və yaralananlar var. Amma onlar məktəb şagirdləri deyillər. Çünki məktəb istifadəyə verilməyib”.
 
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən APA-ya bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
 
Yaralı reanimasiyaya yerləşdirilib.

Baxış sayı: 4606 | Tarix: 31.03.2022
Bizi Telegramda izləyin: @repostaz