Ermənistanın Baş naziri Paşinyan Putinə zəng edib.
 
RePost.Az-ın məlumatına görə, bu bardə Erməınistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb. 
 
Paşınyan aprelin 19-da Rusiyaya işgüzar səfərə gedəcəyini deyib.
 
Ermənistanın baş naziri aprelin 6-da Brüsseldə Əliyev və Mişellə görüşün nəticələri barədə Rusiya prezidentini məlumatlandırıb.
 
Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd edib.
 
Vladimir Putin qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Baxış sayı: 5214 | Tarix: 09.04.2022
Bizi Telegramda izləyin: @repostaz