Yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, - Nazirlikdən bildirilib.
 
“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.
 
Qeyd edək ki, Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.
 
“Biz təsdiq edirik ki, “Moskva” kreyserini sərhədçilərimiz raketlə vurub. İki raket hədəfə dəyib, kreyserdə yanğın baş verib”, - deyə Marçenko qeyd edib.

Baxış sayı: 3314 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz