Mariupol şəhərində daha 134 ukraynalı hərbçi təslim olub.
 
RePost.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
 
Onun sözlərinə görə, təslim olanlardan 14-ü zabitdir. 
 
"Mariupolun azad edilməsi əməliyyatı zamanı daha 134 ukraynalı hərbçi könüllü olaraq silahlarını yerə qoyaraq bir gecədə təslim olub. Cəmi bir gündə 36-cı dəniz piyada briqadasının 1160 ukraynalı hərbçisi könüllü təslim olub. Onların arasında 176 zabit var", - deyə Konaşenkov bildirib.
 
Həmçinin o bildirib ki, bir gün əvvəl eyni briqadanın 162-si zabit və 47-si qadın olmaqla 1026 ukraynalı əsgəri könüllü olaraq təslim olub. 
 
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvəsinin sayı isə 19 900-ə çatıb.
 
Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, bundan başqa, hücum edən tərəfin 753 ədəd tankı, 1 968 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 122 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 160 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 437 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 134 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Baxış sayı: 3561 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz