Rusiya Müdafiə nazirliyi məlumat yayıb ki, "Moskva" kreyserində alovlanma mənbəyi lokallaşdırılıb. Açıq atəş yoxdur. Sursatların partlaması dayandırılıb. "Moskva" kreyseri üzmək qabiliyyətini saxlayır. Əsas raket silahı zədələnməyib”.
 
Məlumatda daha sonra deyilir  ki, "Kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib. Kreyserin limana yedəyə alınması üçün tədbirlər görülür. Yanğının səbəbləri müəyyənləşdirilir".
 
Lakin xəbərlə bağlı hələ ki, heç bir foto, ya video yayımlanmayıb.
 
Ukrayna tərəfi gəminin batdığını və hadisəylə bağlı çoxlu həlak olanlar haqda məlumat yayır. "Moskva" kreyserinin heyyəti 500-600 nəfərdən ibarət olsa da, Türkiyəyə məxsus gəmi yanan krreyserdən yalnız 54 nəfərin təxliyə edilməsi barədə xəbər verir. 

Baxış sayı: 4188 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz