Kreml Putin və Paşinyan arasında Moskvada keçiriləcək danışıqların gündəliyini açıqlayıb
 
Rusiya prezidenti aprelin 19-da Ermənistanın baş naziri ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə sazişlərin icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək, Kremlin mətbuat xidməti məlumat verib.
 
Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərini də müzakirə etməyi planlaşdırırlar.

Baxış sayı: 3789 | Tarix: 18.04.2022
Bizi Telegramda izləyin: @repostaz