Kəlbəcərdə hərbi qulluqçumuz minaya düşüb.
 
Hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.
 
Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib.
 
Baş Prokurorluğun mətbuat xidməti RePost.Az-a bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi cinayət işi başlanıb.

Baxış sayı: 3561 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz