Xocavənd rayonundakı Çartar kəndinin yaxınlığında ermənilərin 152 mm çaplı iki D-30 haubitsası məhv edilib.
 
RePost.Az xəbər verir ki, Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin hərbçiləri haubitsaları partladaraq zərərsizləşdiriblər.
 
Ermənilərin iddialarına görə, rusiyalı sülhməramlılar Xocavənd, Ağdərə və Əsgəran rayonlarında axtarışlar aparmağa başlayaraq artilleriya qurğularını, iriçaplı atıcı silahları, sistemləri və s. aşkarlamağa çalışırlar.

Baxış sayı: 3523 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz