Kuryeri döyən məmurun həbs olunması barədə xəbər yalan çıxdı.

RePost.Az xəbər verir ki, bu barədə təqsirkar şəxsə yaxın mənbələr ictimai narazılığı sakitləşdirmək üçün yalan məlumat yayblar və bunun üçün bəzi agetlik və saytlardan istifadə ediblər.  

Sultan Dadaşovun Yasamal rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 25 gün azadlıqdan məhrum edilməsi barədə xəbər də təsdiqini tapmayıb. Ümumiyyətlə sözügedən məhkmədə belə bir işə baxılmayıb. O cümlədən Dadaşovun qeydiyyatda olduğu Səbael rayon Məhkəməsində də onun barəsində iş icrata götürülməyib.

Qeyd edək ki, 25 apreldə Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
 
Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Baxış sayı: 4036 | Tarix: 26.04.2022
Bizi Telegramda izləyin: @repostaz