Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.
 
RePost.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
 
Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafda olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.
 
DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.
 
TƏBİB-dən Report-a bildirilib ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
 
Qeyd olunub ki, mərkəzin reanimasiya şöbəsində olan şəxs II-III dərəcəli ağır yanıq xəsarətləri alıb.

Baxış sayı: 3333 | Tarix: 26.04.2022
Bizi Telegramda izləyin: @repostaz