Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
 
1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb.
 
T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən Təbriz Abbasovda çoxsaylı sınıqlar müşahidə edilib.
 
Hadisə nəticəsində T.Abbasov sol dirsək sümüyünün proksimal oynaqdaxili qəlpəli sınığı, sol baldır sümüyünün qapalı sınığı və boyun əzilməsi xəsarətləri alıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.
 
Fakt araşdırılır.
 

Baxış sayı: 6221 | Tarix: 11.05.2022
Bizi Telegramda izləyin: @repostaz