Sosial şəbəkədə Dövlət Yol Polisi əməkdaşlarının daha bir qanunsuz əməli barədə video yayımlanıb. 
 
RePost.Az xəbər verir ki, videoda yol polisinin Rusiya vətəndaşının avtomobilini hansısa səbədən cərimə meydançasına apardığı əks olunur. Amma avtomobil sahibinə bu barədə heç bir izahat verilmir. Hətta şifahi şəkildə belə sürücüyə avtomobilinin nəyə görə əlindən alındığı izah olunmur. Sürücü təkidlə protokol tələb etsə də, polislər 99 YP 941 dövlət nömrə nişanlı DYP avtomobilinə əyləşərək hadisıə yerindən uzaqlaşırlar.
 
RePost.Az
 

Baxış sayı: 3314 | Tarix: 07.03.2017
Bizi Telegramda izləyin: @repostaz