Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev ona öz böyrəyini bağışlamaq qərarına gəlib.
 
RePost.Az Xəzər TV-yə istinadən bildiri ki, o, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.
 
Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub.
 
Uğurlu əməliyyat 8 Mart Qadınlar günü ərəfəsində gerçəkləşib. Cütlüyün vəziyyəti normaldır.
 
Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.
 
RePost.Az

Baxış sayı: 4112 | Tarix: 07.03.2017
Bizi Telegramda izləyin: @repostaz