Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.
 
RePost.Az-ın əldə etdiyi məlumata əsasən, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Xatırladaq ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
 
Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.
 
Günel Göyüşova AMEA İnformasiya və Texnologiyalar İnstitutunun əməkdaşı idi. 
 
 

Baxış sayı: 3656 | Tarix: 15.06.2022
Bizi Telegramda izləyin: @repostaz