Səhiyyə Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
 

***

Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.


***
Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


RePost.Az xəbər verir ki, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

RePost.Az

 


Baxış sayı: 2573 | Tarix: 09.03.2017
Bizi Telegramda izləyin: @repostaz