AXCP funksioneri Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Əsgər Ağazadənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadə saxlanılıb. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.

Baxış sayı: 4530 | Tarix: 13.07.2022
Bizi Telegramda izləyin: @repostaz