Türkiyədə “Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopter qəzaya uğrayıb.

RePost.Az xəbər verir ki, hadisə İstanbulun Bəylikdüzü rayonunda baş verib. Məlumata görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Ümumilikdə qülləyə çırpılan helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub. Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.

RePost.Az

 


Baxış sayı: 3048 | Tarix: 10.03.2017
Bizi Telegramda izləyin: @repostaz