"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
 
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.
 
"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Baxış sayı: 3542 | Tarix: 02.08.2022
Bizi Telegramda izləyin: @repostaz