Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
 
RePost.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.
 
Orada istirahət edən 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.
 
Xatırladaq ki, həmin restoranda ölüm faktının qeydə alınması birinci hadisə deyil. Bir neçə il öncə də “Min bir gecə” restoranında odlu silahla qətl törədilmişdi. Öldürülən əxsin yaxınları Mirələmovun oğlunu ittiham edirdi.

Baxış sayı: 3409 | Tarix: 29.08.2022
Bizi Telegramda izləyin: @repostaz