Bakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.
 
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
 
Hadisə zamanı naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.


Baxış sayı: 5100 | Tarix: 30.08.2022
Bizi Telegramda izləyin: @repostaz