Türkiyəyə qarşı kampaniyanın miqyası genişlənməkdədir.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, bu dəfə İsveçdə AKP-nin sədr müavini Mehdi Ekerin tədbiri baş tutmayıb. Toplantı bu gün İsveçin paytaxtı Stokholmda keçiriləcəkdi.

Tədbirin keçiriləcəyi yerin idarəçisi salonu kirayə verməkdən boyun qaçırıb. Ancaq səbəbini açıqlamayıb.

Digər tərəfdən İsveçin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kent Oberq İsveç radiosuna açıqlamasında “İsveçdə söz azadlığı var. Hər kəs danışmaq və tədbir keçirmək hüququna malikdir. Belə bir icazə varsa, o tədbirin keçirilməsi mümkündür” deyib.

Xatırladaq ki,  Ötən gün Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlu Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. Lakin Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.


Baxış sayı: 2820 | Tarix: 12.03.2017
Bizi Telegramda izləyin: @repostaz