Bakıda baş verən intihar faktı ilə bağlı araşdırma başlayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhər sakini Ruslan Artayevin intiharı faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində baş verib. Şəhər sakini Ruslan Artayev yaşadığı evdə boğazını kəsərək intihar edib.
 
Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Baxış sayı: 6658 | Tarix: 02.09.2022
Bizi Telegramda izləyin: @repostaz