Sentyabrın 23-ü gecə saatlarında Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib.
 
Ürək və sol qolundan altı güllə yarası alan Hədisin yerindəcə keçindiyi bildirilir.
 
Qeyd edək ki, sentyabrın 24-ü axşam İran televizyası aksiyalar zamanı öldürülən etirazçı sayının 41 nəfər olduğunu iddia etsə də, insan haqları təşkilatları bu rəqəmin həqiqəti əks etdirmədiyini və ölü sayının 57 nəfəri keçdiyini bildirirlər.
 


Baxış sayı: 5765 | Tarix: 26.09.2022
Bizi Telegramda izləyin: @repostaz