Bu barədə  MDŞ Təşəbbüs Qrupunun üzvü Çingiz Göytürk özünün feysbuk hesabında yazıb. “Toplantı tarixinin dəyişdirilməsi aprelin 29-da İstanbulda keçirilməsi nəzərdə tutulan Uluslararası Güney Azərbaycan Türklərinin III Forumu ilə əlaqəlidir. 
 
Biz, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Təşəbbüs qrupu olaraq Forumun təşkilatçı və iştirakçılarına başarılar diləyirik və onların bu təşəbbüsünü alqışlayırıq”-deyə, Çingiz Göytürk bildirib.
 
Qeyd edək ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu bu il aprelin 22-də yaradılıb yaradılıb.

Baxış sayı: 29553 | Tarix: 28.04.2023
Bizi Telegramda izləyin: @repostaz