Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyalarında Azərbaycan Respublikasına qarşı şüarlar səslənib, plakatlar qaldırılıb.
 
Bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İranda gizlənən şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.
 
Azərbaycan Prezidenti əleyhinə yazılan şüarlarla yanaşı, "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb.
 
Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.
 
Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.
 
Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi builki "Qüds günü" aksiyaları sönük keçib.
 
Aksiyalara SEPAH və ona bağlı yarımhərbi Bəsic qüvvələri, onların ailə üzvləri və azyaşlı uşaqları cəlb olunub. (Gunaz)
 
 
 
 

Baxış sayı: 22599 | Tarix: 17.04.2023
Bizi Telegramda izləyin: @repostaz