Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Aqil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
Ətraflı
 
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə "Azerfon” ("NarMobile”) şirkətində və "Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə "Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında "Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında "Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.
 
O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Baxış sayı: 3846 | Tarix: 13.12.2022
Bizi Telegramda izləyin: @repostaz