Rusiya Federasiyasının Prezidenti Vladimir Putin erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığını ləğv edib.
 
Bu barədə TASS agentliyi məlumat yayıb.
 
Bununla bağlı fərman hökumət portalında dərc olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanı tərk edərək Ermənistana, oradan isə qanunsuz şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçən Ruben Vardanyan Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının əsas himayəçisinə çevrilib.

Baxış sayı: 11750 | Tarix: 22.12.2022
Bizi Telegramda izləyin: @repostaz