Azərbaycanın Əməkdar artisti Nofəl Vəliyev "Xəzər" TV və radiosunun aparıcısı Çiçəyi sərt şəkildə tənqid edib.

RePost.Az metbuat.az-a  istinadən xəbər verir ki, Əməkdar artist aparıcının həddindən çox qışqırmasından gileylənib:

"Aparıcı Çiçəyi tanıyan varsa, ona desin ki, bu qədər qışqırmaq, bu qədər gülmək olmaz. Ayıbdır! Taksidə oturmuşam, dinləməyə məcburam. Başı getsin, başım getdi!".
Daha
sonra Nofəl Vəliyev yazdığı statusa belə şərh yazıb:

"Bir də dayanmadan gülür. Səviyyədə ki... Partladır! Onun emosiyası çox deyil, sadəcə "tormuz"u tutmur".


Baxış sayı: 4156