"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
 
O, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
 
Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
 
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.

Baxış sayı: 7437 | Tarix: 21.02.2023
Bizi Telegramda izləyin: @repostaz