Bakıda qız qaçırılıb.
 
Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 
 
Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, orada əks olunan şəxslər bir ailənin üzvləridir. "Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - deyə DİN açıqlama yayıb.
 
Şübhəli şəxslər saxlanılıb, araşdırmalar davam etdirilir. 

Baxış sayı: 7038 | Tarix: 24.02.2023
Bizi Telegramda izləyin: @repostaz