Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən RePOst.az-a verilən məlumata görə,bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.
 
Bakıda və Abşeron yarımadasında bu gün bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə və gündüz 0-2 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Rayonlarda hava bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq.
 
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13,  gündüz 0-5 dərəcə şaxta olacaq.
 
Xəbərdarlıq
 
Bu gün  Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.
 
RePost.az
 

Baxış sayı: 4226 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz