Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüz olunub.
 
Hadisə rayonun Göylər kəndində qeydə alınıb.
 
Belə ki, 1998-ci il təvvəllüdlü şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
 
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb:
 
“Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, artıq ailənin təhlükəsizliyi təmin olunub:
 
“Şamaxı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən bizə verilən məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, şəxs saxlanılıb və istintaq aparılır. Ailənin təhlükəsizliyi təmin edilib. Bizim üçün əsas məsələ uşağın təhlükəsizliyidir. Hazırda yeniyetmənin sığınacağa yerləşdirilməsi üçün danışıqlar aparılır. Məsələ aidiyyəti qurumların nəzarətindədir”

Baxış sayı: 8368 | Tarix: 27.02.2023
Bizi Telegramda izləyin: @repostaz