Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
 
Məhkəmənin də qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub. S.Cəfərova Azərbaycanda İranın din xadimlərinin təbliği ilə məşğul olub.

Baxış sayı: 9584 | Tarix: 14.03.2023
Bizi Telegramda izləyin: @repostaz