Xırdalan şəhərində qətl hadisəsi baş verib.

 

Abşeron rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, martın 20-də şəhər sakini Daşqın İbrahimov münaqişə zəminində anası Nərgiz Əliyevanı baltalayaraq qətlə yetirib. Daha sonra D. İbrahimov özünü körpüdən ataraq intihar edib.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 


Baxış sayı: 3447 | Tarix: 23.03.2017
Bizi Telegramda izləyin: @repostaz