ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələri üçün Link-16 taktiki məlumat bağlantısı modernləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.
 
RePost.Az trt haber-ə istinadən xəbər verir ki, artıq təsdiqləmə qərarı ABŞ Konqresinə çatdırılıb.
 
Məlumata görə, Müdafiə Nazirliyi Bayden administrasiyasının 259 milyon dollarlıq satış barədə Konqresə məlumat verdiyini açıqlayıb. Bəyanatda Türkiyənin NATO-nun uzunmüddətli və dəyərli müttəfiqi olduğu da bildirilib.
 
Təyyarənin kommunikasiya imkanlarını artıran satış paketinə lazımi avadanlıq və mühəndislik dəstəyi, Avtomatik Toqquşmadan Qaçma Sistemləri də daxildir. Hərbi radio şəbəkəsi Link-16 NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur.
Bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.
 
Dövlət Departamentinin Konqresə satış planları haqqında məlumat verməsi isə bir növ prosedur qaydasıdır. ABŞ Konqresinin NATO üzvlərinə verilmiş satış icazələri üçün 15 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.

Baxış sayı: 7361 | Tarix: 18.04.2023
Bizi Telegramda izləyin: @repostaz