İndi Türkiyədə olduğu kimi, Azərbaycan cəmiyyəti də iki yerə bölünüb. Ərdoğançılar və Kılıcdaroğlu tərəfdarları. Mən əksəriyyət kimi Ərdoğanı dəstəklləyirəm. Niyəsini izah edəcəm.  
 
Mən o əksəriyyətlərin bəziləri kimi nə Türkiyədən, nə Ərdoğandan heç bir fayda görməmişəm, güdməmişəm, görməyəcəm, güdməyəcəm də. Nəinki Türkiyədə, heç Türkiyənin Azərbaycandakı səfirliyində belə məni tanıyan xə xatırlayan yoxdur. O ölkədə də cəmi bircə dəfə olmuşam. O da İstanbulda. Gəzməyə yox, çəkilişə getmişəm. Xocalı soyqırımı ilə bağlı yürüşə qatılmışam. Xərcləri də nə səfirlik, nə diaspora, nə o vaxt çalışdığım ANS qarşılayıb. Vaxtilə Bakıda birlikdə kirayədə qaldığım dostum, iş adamı İlkin Zamanov qarşılayıb. Zəng edib ki, sənə və qardaşım Zaura bilet almışam, gedin Türkiyədə yürüşdən reportaj hazırlayın.  
 
Yəni deməyim odur ki, məni Türkiyəyə bağlayan heç bir maddi maraq deyil, sadəcə damarlarımda axan qan və düşüncələrimdəki ideologiyadır. Bu sevgi tək Türkiyəyə deyil, Azərbaycana, Türkmənistana, Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Güney Azərbaycana, Şimali Kiprə və digər türklərin yaşadığı coğrafiyalaradır. Bu sevgi Bütöv Azərbaycanadır, Turan ideologiyasınadır. Bu ideologiya üçün düşünmədən canımdan keçməyə hazıram. Bu ideologiyaya xidmət edənlər, dostum, qarşı çıxanlar düşmənimdir. Mən hesab edirəm ki, bu gün İlham Əliyev və Ərdoğan buna xidmət edir. Coğrafiyamızda baş verən proseslərdən gəldiyim nəticə budur. Bu iqtisadi və hərbi birlik modeli sistematik şəkildə dövlət qurumlarında oturuşana qədər bu şəxslərin dövlət başçıları olmasının tərəfdarıyam.  Çünki prosesi bunlar başladıb, müəyyən bir mərhələyə qədər də, ancaq bunlar apara bilər.  
 
Həmçinin düşünürəm ki, Türkiyə və Azərbaycanın heç bir dövlətdən asılı olmadan müstəqil bir ölkə kimi güclənməsi də bu iki liderlə bağlıdır. Bu gün bunu bacaraqcaq ikinci yetkin, bişmiş siyasətçilər görmürəm. Bu iki lider Qarabağdan başlayaraq bu yola çıxıblar, Zəngəzurdan keçib Turan ellərinə getmək istəyirlər. Mən də bu liderləri ancaq buna görə dəstəkləyirəm, başqa heç bir siyasətlərinə görə deyil. Hər ikisinin dediyim kimi, faydasını şəxsən görəcəyimi də zənn etmirəm. Çünki mənim çalışdığım sahadə onlara bu gün Vətəni və milləti sevdiklərinə görə xidmət edən jurnalistlər deyil, bisavad yaltaq sürüsü, maddi maraqlara görə tez-tez mövqe dəyişən mirzələr lazımdır. Mən isə onu bacarmıram. Mənim kimilərinin “Vətən, Millət, Qarabağ, Sakarya, Turan elləri” deyə başını piyləmək mümkün olduğu halda, niyə əlavə əziyyətlərə qatlaşsınlar ki!? Bax mən Vətəni və Vətənə xidmət edənləri belə sevirəm, dəstəkləyirəm.  
 
ƏIrdoğan da nə qədər Vətənə, Türkiyəyə və Azərbaycana, Turançılığa xidmət edəcək, sevəcəm, dəstəkləyəcəm... 
 
Reklamı isə möhtəşəmdi. "Hər şey sənin üçün!
 
Zülfüqar Xeyirxəbər

Baxış sayı: 8786 | Tarix: 09.05.2023
Bizi Telegramda izləyin: @repostaz