İraq hərbi hava qüvvələrinin endirdiyi hava zərbələri  nəticəsində DAİŞ-in nəzarəti altında olan Əl-Kaym şəhərində 60 nəfər ölüb.

RePost.Az BBC-yə istinadən xəbər verir ki, həyatlarını itirənlərdən 19-u uşaq,  12-si isı qadınlardır. Hava zərbələri İraqın qərbində, Suriya ilə sərhəddə yerləşən şəhərin mərkəzinə endirilib. Məlumata əsasən, DAİŞ silahlılarının qərargahı və bir sıra yaşayış evlərinə ziyan dəyib.Terrorçuların itkisi barədə məlumat verilmir. Qeyd olunur ki, bundan əvvəl terrorçuların Əl-Kaym şəhərindəki mövqelərinə Amerikanın rəhbərliyi altında beynəlxalq birlik hava zərbələri endirirdi.

RePost.Az


Baxış sayı: 3713 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz