Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada arabir güclü cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütünundan 762 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 85-95 %, gündüz 65-70 % təşkil edəcək.
 
Gecə və səhər yollar buz bağlayacaq.
 
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
 
Yollar buz bağlayacaq.
 
RePost.az
 

Baxış sayı: 3086 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz