Bu gün axşam saatlarında metronun “20 Yanvar” stansiyası yaxınlığında yol qəzası baş verib.
 
RePost.Az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 65 nömreli marşrut xətti ilə hərəkət edən avtobus səkiyə çırpılıb. 
 
Bakı Nəqliyyat Agentliyi məlumatı təsdiq edib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, qəza yüngül olub. Ona görə də ciddi xəsarət alan olmayıb. “Yolu kecen piyada gənc oğlan gözlənilmədən dayanacaqdan çıxan avtobusun qabağına keçib. Piyadanı vurmamaq üçün sürücü avtobusu səkiyə vuraraq saxlayıb. Hadisə nəticəsində piyada qolundan yüngül xəsarət alıb”, - deyə M.Ağayev əlavə edib. 
 
RePost.Az
 

Baxış sayı: 2744 | Tarix: 28.03.2017
Bizi Telegramda izləyin: @repostaz