Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi Türkiyəyə gələcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zelenski və Ərdoğan İstanbulda görüşəcək.
 
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Zelenski ilə ən çox görüşən liderlər sırasındadır.

Baxış sayı: 11028 | Tarix: 06.07.2023
Bizi Telegramda izləyin: @repostaz