Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə danışıqlarının məqsədi saatların sinxronizasiya olub və bu, icra olunub.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin-Ərdoğan danışıqlarında hər hansı konkret razılaşmanın əldə edilməsinin planlaşdırılmayıb.
 
“Yazılı sənəddə və ya digər sənədlərdə hansısa təsbitin aparılması nəzərdə tutulmayıb və dünənki danışıqlarda əsas məqsəd ikitərəfli münasibətlərimizin çox zəngin kompleksinə dair qeydləri müqayisə etmək, o cümlədən məlum regional problemlər üzrə fikir mübadiləsi aparmaq və mövqeləri birinci əldən bir-birinin diqqətinə çatdırmaq olub.
 
Bu məqsədə nail olundu, çox konstruktiv və səmərəli danışıqlar aparıldı, lakin konkret razılıq əldə etmək çətin ki, mümkün olardı”, - deyə Peskov qeyd edib.

Baxış sayı: 10610 | Tarix: 05.09.2023
Bizi Telegramda izləyin: @repostaz