ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
 
Bu barədə İsrail KİV məlumat yayıb.
 
ABŞ rəsmisinin İsrailin yüksək vəzifəli şəxsləri ilə görüşləri gözlənilir.
 
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Blinkenin 11-13 oktyabr tarixlərində İsrail və İordaniyaya səfər edəcəyi barədə məlumat yaymışdı. Səfər çərçivəsində ikitərəfli və regional məsələlərin müzakirəsinin gündəlikdə yer alması bildirilib.

Baxış sayı: 7228 | Tarix: 12.10.2023
Bizi Telegramda izləyin: @repostaz