Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib

RePost.Az xəbər verir ki, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zöhrab Ağayevin həkimi neyrocərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

"Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyəti çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.


Baxış sayı: 3010 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz