Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.
 
Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
Həmçinin, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb.

Baxış sayı: 3903 | Tarix: 19.02.2024
Bizi Telegramda izləyin: @repostaz