Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.
 
Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
 
K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
 
K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.

Amma RePost.Az-ın apardığı araşdırma zamanı İnterpolun səhifəsində Kamil Zeynallı haqqında heç bir məlumat tapılmayıb. мотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от RePost.Az (@repost.az)


Baxış sayı: 4169 | Tarix: 21.02.2024
Bizi Telegramda izləyin: @repostaz