Xankəndidə uşaq bağçasının zirzəmisində xeyli silah-sursat tapılıb.
 
Bu barədə DİN məlumat yayıb.
 
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

Baxış sayı: 4036 | Tarix: 27.02.2024
Bizi Telegramda izləyin: @repostaz