Rusiyaya məxsus poliqonda S-300 raketinin sınaq atışları uğursuzluqla nəticələnib.

RePost.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Xəzər sahilində yerləşən Aşuluk poliqonunda raket kompleksinin sınağı zamanı qeydə alınıb. Hərbçilərdən biri həmin anı videoya qeyd edib. Havaya buraxılan raket bir neçə saniyə sonra atıldığı yerə - geriyə dönür və yanğın başlayır. Sınağı görüntüləyən hərbçi hadisədən şoka düşərək raketin düşmə anını çəkə bilmir. 

RePost.Az


Baxış sayı: 4644 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz