"Apple" korporasiyası gələn il "iPhone"ların rəng palitrasını genişləndirməyi və qırmızı rəngli smartfon buraxmağı planlaşdırır.
 
RePost.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Macotakara" nəşri məlumat yayıb.
 
İndiyədək buraxılan "iPhone"lar gümüşü, qara, qara oniks, qızılı və qızılı-çəhrayı rəngdədir. İstehsalçının marketinq gedişi kimi yeni rəngdən istifadə edəcəyi bildirilir. "Apple" bu il qara rəngin iki çalarından istifadə edib və bu smartfonlara tələbat böyük olub. Bu səbəblə, 2017-ci ildə yeni rəngin ortaya çıxması gözləniləndir.
 
Mənbə onu da bildirib ki, yeni smartfonlar "iPhone 8" deyil, ənənəvi sxemə uyğun olaraq "iPhone 7S" adlanacaq.
 
RePost.az
 
 

Baxış sayı: 3048 | Tarix: 10.12.2016
Bizi Telegramda izləyin: @repostaz